Kuki nədir?
Kuki vebsaytı ziyarət etdiyiniz zaman kompüterinizdə və ya mobil cihazınızda saxlanılan kiçik ölçülü mətn faylıdır. Onlar istifadə etdiyiniz məlumatları yadda saxlamaqla veb-sayt üzərindəki əməliyyatlarınızı asanlaşdırır. Bu fayllar cihazınızın asanlıqla tanınmasını təmin edir, seçimlərinizi yadda saxlayır və veb-saytdan istifadənizi daha da rahat edir.
Kukilərdə istifadə olunan istifadəçi adı və ya dil seçimi serverin sizə uyğun təcrübə təklif etməsinə dəstək göstərmək üçündür. Həmin sistem oyunçunun daxil olarkən istifadə etdiyi məlumatları dəfələrlə daxil etmək zəhmətindən qaçmaq üçün təkmilləşdirilib. Həmçinin, kukilər yaddaşda çox az yer tutduğundan hər hansı yüklənmə ilə bağlı problemlərdən də söz gedə bilməz.
Əlavə olaraq, veb-saytın vaxtaşırı yenilənməsi və mövcud nasazlıqların aradan qaldırılması üçün kukilər əvəlounmaz vasitədir. Mövcud istifadəçi təcrübəsi ilə bağlı dəqiq datalar məhz kukilər vasitəsilə toplanır. Kuki siyasəti ilə bağlı icazələri verməklə siz, bir növ öz kazino təcrübənizə töhfə vermiş olursunuz.
Kukilərin Növləri
Ümumilikdə, kukilər identifikasiya və izləmə, müvəqqəti və daimi və başqa formada olmaqla müxtəlif qruplara bölünür. Pin-Up Casino-nun tətbiq etdiyi kuki siyasətində isə onların qısamüddətli və uzunmüddətli kimi növləri fərqlənir. Mahiyyətcə, təqdim olunan datalardan istifadənin müddətinə görə qruplaşdırılan bu kuki növləri haqqında aşağıdan ətraflı məlumat əldə edə bilərsiniz:
- Qısamüddətli Kukilər – Bu tipli kukilər veb-brauzerə daxil olarkən çalışmağa başlayır və veb-pəncərələrin açıq qaldığı müddət ərzində topladığı datalar vasitəsilə fəaliyyət göstərir. Başqa sözlə, bu kukilər sizə yalnız kazinonun veb-səhifəsində olarkən xidmət edəcəkdir, səhifədən ayrıldıqdan sonra isə dayanacaqdır. Onların istifadəsi və ya dayandırılması – toplanmış dataların silinməsi, avtomatik olaraq həyata keçirilir. Kazinonun əsas funksiyalarının işləməsinə təsir edən bu kukilər sizin datalarınızdan qısamüddətli istifadə etməklə keyfiyyətli oyun mühitinin yaradılmasına dəstək olur və brauzerdən çıxaraq yenidən girməklə yenilənə bilir.
- Uzunmüddətli Kukilər – Daimi kukilər olaraq da tanınan bu növ mətn faylları brauzerdən çıxdıqdan sonra belə aktiv şəkildə məlumat toplanması ilə məşğul olur. Onlar dil seçimi, istifadəçi adı və başqa əsaslı məlumatları birdəfəlik yadda saxlayır, sayta daxil olarkən yadda saxlanılan məlumatlardan istifadə etməklə sizə kömək edir. Silinməsi və deaktivasiyası manual şəkildə həyata keçirilməli olan bu tip kukilərin əhəmiyyəti istifadəçi rahatlığının təmin edilməsi ilə yanaşı fərdiləşdirilmiş təcrübənin yaradılmasındadır. Yəni, bu kukilər vasitələ uzun müddət ərzində müşahidə olunan oyun vərdişlərinizə, adətlərinizə görə sistem sizə uyğun formada xidmət göstərir. Məsələn, qəza tərzli oyunları oynamağı daha çox sevən istifadəçinin qarşısına çıxan oyun təkliflərinin əksəriyyətinin qəza tipli oyunlardan ibarət olması və s.
Nəzərinizdə olsun ki, hər iki növ kukilərin istifadəsi zamanı toplanılan məlumatların yayılması və 3-cü tərəflərə təqdim edilməsi kimi hallardan söz gedə bilməz. Məlumatların açıqlanması yalnız hər hansı qanuni öhdəliyə və ya dövlətin icazə verdiyi əmrə əməl etmək üçün reallaşdırıla bilər.
Kukilərin Faydaları və İş Prinsipləri
Kukilərin əsas vəzifəsi, veb-saytların produktiv işləməsini təmin edən müxtəlif funksiyalardan ibarətdir. Ən başlıcası, Pin Up Casino-da mövcud olan daimi və müvəqqəti kukilər, istifadəçilərin saytda seçdikləri parametrləri (məsələn, dil, ad və yerləşmə yeri) nəzərə alaraq onlara uyğun fərdi xidmətlər təqdim edir.
Digər bir fayda, kazinonun yeni və ya köhnə oyunçusu olmaqla bağlıdır. Əgər siz saytda yeni qeydiyyatdan keçmisinizsə, sistem sizi yeni istifadəçi kimi tanıyır. Bu halda, kazinonun interfeysində yeni oyunçular üçün nəzərdə tutulan xüsusi bonuslar və təkliflər görünəcək ki, bu da vaxt limitli təkliflərin nəzərinizdən qaçmasının qarşısını alacaq.
Köhnə oyunçular üçün də kukilərin faydası danılmazdır. Onlar, oyun vərdişlərinizi uzun müddət ərzində analiz edərək, sizə uyğun fərdiləşdirilmiş xidmətlə oyun təklifləri edə bilirlər. Məsələn, əgər siz mütəmadi olaraq slot oyunlarını seçirsinizsə, sistem həmin oyunları tez-tez qarşınıza çıxaracaq. Bu mexanizm istifadəçi rahatlığını artırmaqla yanaşı, sizin üçün xüsusi olaraq təyin edilmiş bonus və promosiyalara da asan giriş imkanı yaradır.
Toplanılan məlumatların istifadəsi
Pin-Up Casino yığılan dataları aşağıdakı kimi istifadə etmək hüququnu özündə saxlayır:
- Veb-sayta giriş icazəsi vermək;
- Veb-saytın xidmətlərini təkmilləşdirmək;
- Sizi digər istifadəçiləridən fərqləndirmək, məlumatlarınızı açıq şəkildə paylaşmaq (məsələn, reytinqlər və s.);
- Maraqlarınıza uyğun daha dəqiq reklam kampaniyaları seçmək;
- Veb-saytdakı dəyişikliklər və yeniləmələr haqqında bildirişləri və birbaşa kazinoya aid olan digər məlumatları sizə göndərmək.
Kukilərin İdarə Edilməsi Yolları
Kukilərin idarə edilməsi olduqca sadədir və əksər hallarda brauzerlər vasitəsilə tənzimlənə bilər. Brauzerinizin “Məxfilik və Təhlükəsizlik” bölməsindən aşağıdakı əməliyyatları asanlıqla yerinə yetirə bilərsiniz:
- Deaktivasiya – Bu seçim kukilərin cihazınızda saxlanmasını və data yığılmasını dayandırır. Ancaq bu halda, saytdakı bəzi funksiyaların istifadəsi məhdudlaşdırıla bilər, buna görə də deaktivasiya tərəfimizdən tövsiyə olunmur.
- Təmizləmə – Kukilər yaddaşda müəyyən həcm tutduğundan onları müntəzəm olaraq təmizləmək mümkündür. Təmizləndikdə, məlumatların yenidən toplanması prosesi başlayır. Bəzi hallarda veb-sayt özü məlumatlarının yenilənməsini sizdən tələb edə bilər.
- Bloklama – Kukiləri bloklamaqla həm onların fəaliyyətini, həm də üstünlüklərini məhdudlaşdırmış olursunuz. Məxfiliyə xüsusi önəm verən istifadəçilərdənsinizsə, bu seçimi nəzərdən keçirə bilərsiniz.
Məsələn, Google Chrome brauzerində kukiləri bloklamaq üçün “Ayarlar” > “Məxfilik və təhlükəsizlik” > “Kukilər və digər sayt məlumatları” bölməsinə keçib “Bütün kukiləri blokla” seçimini aktiv edə bilərsiniz. Bu halda, sayta hər dəfə daxil olarkən giriş məlumatlarınızı yenidən daxil etmək zərurəti yaranacaqdır.